Berdiməhəmmədov Bakıya səfərə gəlir

Berdiməhəmmədov Bakıya səfərə gəlir

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbayacana səfər edəcək.    

Səfər avqust ayının 8-də başlayacaq və iki gün davam edəcək. Səfərlə bağlı məsələlər Nazirlər Kabinetinin iclasında müzakirə olunub.

XİN rəhbəri iclasda qeyd edib ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və siyasi, ticari-iqtisadi, humanitar-mədəni sahələrdə konstruktiv şəkildə inkişaf edir. 2007-2017-ci illər ərzində Azərbaycan və Türkmənistan arasında yüksək səviyyədə dörd qarşılıqlı rəsmi səfər baş tutub.

Q.Berdiməhəmmədov Bakıya səfəri çərçivəsində azərbaycanalı həmkarı ilə görüşəcək, iki ölkə arasında bir çox sahəni əhatə edən sənədlərin imzalanacağı gözlənilir.