Qətərə iqtisadi-diplomatik zərbə

Qətərə iqtisadi-diplomatik zərbə

4 ölkə Qətərlə diplomatik münasibətləri kəsib.

Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı XİN-ləri Qətərlə diplomatik münasibətləri kəsilməsi barədə bəyanat yayıb.

Adıçəkilən ölkələr qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək verməsi, İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar.

İlk olaraq münasibətləri kəsdiyini Bəhreyn elan edib. Bu ölkə qarşı tərəfin diplomatalarına ölkəni tərk etmək üçün 48 saat vaxt verib. Manama həmçinin Doha ilə dəniz və avia əlaqəni kəsib, Qətər vətəndaşların Bəhreynə gəlməyi, eləcə də öz vətəndaşlarına qarşı tərəfə sayəhətləri qadağan edib. Onun ardınca digər ölkələr də bənzər bəyanatlarla çıxış ediblər.

Ölkələr arasında münasibətlərin pozulmasına səbəb kiber hücum olub. Münasibətlər bir neçə gün öncə Ər Riyadda Körfəz ölkələri və ABŞ-ın iştirakı ilə küçirilən sammitdən sonra pisləşib.

Qətərin rəsmi xəbər agentliyi olan QNA-da ölkənin əmiri adından ABŞ-a qarşı və İranı dəstəkləyən bəyanat yayılıb. Açıqlamalar qısa sürədə sürətlə mətbuatda yayılıb. Qətər höküməti bir neçə saat sonra yeni açıqlama yayaraq agentliyin kiber hücuma məruz qaldığını, yayımlanan xəbərin gerçəyi əks etdirmədiyini bildirib.

Xarici işlər naziri Şeyx Muhamməd bin Abdurrahman Əl Sani də keçirdiyi brifinqdə də ölkəsini hədəf alan bir qüvvənin olduğunu deyib. “Məsələ ilə bağlı araşdırma davam edir. Ancaq burada Qətəri hədəf alan qüvvənin olduğu aydındır. Biz buna qarşı mübarizə aparacağıq”.