Qarlı hava görə Bakı şəhər İcra Hakimiyyəti xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirib (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Havanın kəskin küləkli və qarlı keçməsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirib.

AzerTimes-ın məlumatına görə, Bakı şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib və şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər qum, duz və lazımi invertar ehtiyyatı yaradılıb.

Xüsusi rejimdə kommunal texnikaların və kommunal xidmət işçilərinin iş qrafikləri müəyyənləşdirilib. Qar yağan vaxtlarda bütün xidmətlər xüsusi rejimdə işləyəcəklər.

Teqlər: