Qarında ağırlıq və köp zamanı 3 əvəzedilməz vasitə

Qarında ağırlıq və köp zamanı 3 əvəzedilməz vasitə

Qarında ağırlıq, ağrılar, köp kimi simptomlar bir çox hallarda qidanın həddindən artıq miqdarda qəbulundan sonra meydana çıxır.  

Belə vəziyyətdə sınanmış təbii vasitələr sizə kömək edə bilər.

1. Kefir. 1 stəkan kefir həzm proseslərini asanlaşdırır və sürətləndirir, qarında köp, ağırlıq kimi simptomları yox edir. Kefir olmadıqda təzə qatıq içə bilərsiniz.

2. Çobanyastığı çayı. 1 ç.q çobanyastığı 100 ml isti suda 20 dəqiqə ərzində dəmləyin və için.

3. Zirə dəmləməsi. 1 ç.q. zirəni 100 ml isti suda dəmləyin, 20 dəqiqədən sonra süzün və için.