Qardaş Türkiyə bu problemin də öhdəsindən gələcək – Deputat

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

“Bildiyimiz kimi, artıq bir neçə gündür Türkiyənin bölgələrində meşə yanğınları tüğyan edir. Ötən günlər ərzində şiddətlənən yanğınlar yaşayış yerlərini, kənd və qəsəbələri də cənginə alıb. Azərbaycan da daxil olmaqla atrıq bir neçə dövlət qardaş Türkiyəyə yanğınlarla mübarizə ilə bağlı yardım göndərib. Bu da alqışalayiq addımdır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat təəssüflə bildirib ki, biz bu məslədə Avropa İttifaqının susqunluğunu, daha dəqiq desəjk etinasızlığının şahidi olduq: “Düzdür, bu gün bəlli olub ki, Aİ adından Xorvatiya və İspaniya Türkiyəyə ümumilikdə üç yanğınsöndürən təyyarə göndərəcək. Amma Avropa İttiqfaqı kimi nəhəng bir beynəlxalq təşkilatın Türkiyədəki yanğınlara bu cür yanaşması təəssüf və hiddət doğurur. Bunu Avropanın bır sıra aparıcı ölkələri haqqında da demək olar. Bir zamanlar suriyalı qaçqınların Avropaya keçməməsi üçün az qala Türkiyəni bağrlarlına basan bu ölkələr bu gün qardaş ölkənin alovlarla mübarizəsini sadəcə seyr edirlər. Bu isə həm həmin dövlətlərin, həm də bütövlükdə qoca qitənin adına utanc gətirən addımdır”.


“Təbii ki, qardaş Türkiyə bu problemin də öhdəsindən gələcək. Geridə isə yanğınların buraxdığı izlər və bir də bu sınaqdan çıxa bilməyən Avropa ölklərinin qaralan siyahıları qalacaq” deyə, deputat sonda bildirib.

Teqlər: