Qarabağlı fermerlərin çiyələk bağlarından VİDEOREPORTAJ

Tərtər. Aslan Məmmədli – AzerTimes:

Tərtərdə fermerlər çiyələk əkinini ildən-ilə artırmağı planlaşdırır. Bu il təkcə bir kənddə 6 hektara yaxın çiyələk əkilib.

AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu İrəvanlı kəndində çiyələk plantasiyasında olub, fermerlərlə söhbətləşib.

Fermer Mənzər Məmmədova bildirib ki, bir neçə ildir çiyələk əkini ilə məşğuldur. Bu illər ərzində daim dövlət tərəfindən dəstək görüb: “Bir neçə ildir ki, çiyələk əkirik. Dövlətdən subsidiyalar və xüsusi güzəştlər alırırq. Məhsuldarlıq yüksək olur”.

M.Məmmədova qeyd edib ki, bu il bol məhsul yetişdiriblər və normal gəlir əldə ediblər: “Əsasən yerli sort əkirik. Çünki bu sort daha dadlıdır və satışı da yaxşıdır. Xarici sortlar da əkirik. Bu sortların üstün cəhəti odur ki, kollar uzunömürlü olur”.


Kəndin ərazi üzrə nümayəndəsi Bəxtiyar Cəfərov isə bildirib ki, rayonun kəndlərində çiyələk əkini hər il artır: “Fermerlər bol məhsul və gəlir əldə etdiklərindən daha çox ərazidə əkin aparmağa çalışırlar. Lazım olan bütün şərait yaradılıb ki, insanlar qazansınlar və yeni iş yerləri açılsın”.

Videoreportajı təqdim edirik.

Teqlər: