Qarabağın yeni transfer etdiyi futbolçu Bakıya gəldi

Qarabağın yeni transfer etdiyi futbolçu Bakıya gəldi

Qarabağ FK-nun yeni transferi Kevin Medina artıq Bakıdadır.

27 yaşlı kolumbiyalı müdafiəçi bu barədə “Instagram” hesabında paylaşım edib.

Oyunçu Bakı Olimpiya Stadionunun fotosunu paylaşıb. Medina rəsmi müqavilə imzaladıqdan sonra təlim-məşq toplanışı üçün Qəbələyə yollanacaq.

Qeyd edək ki, “Qarabağ”ın Kevin Medina ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.