Qarabağda “İsgəndər-M” qalıqlarının tapılması məsələsi Rusiya və Azərbaycan hərbçiləri arasında müzakirə olunur – Peskov

Xəbər - Orxan Nəbiyev – Trend:

Bakının Qarabağda “İsgəndər-M” raketinin qalıqlarını tapması ilə bağlı məlumatlar Rusiya və Azərbaycan hərbçiləri arasındakı sıx dialoqda müzakirə olunur.

AzerTimes-ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml nümayəndəsi “İsgəndər” qalıqlarının tapılması barədə mövzunun Rusiya və Azərbaycan prezidentlərinin telefon danışığı zamanı müzakirə olunub-olunmaması barədə sualı cavablandırarkən müvafiq məsələlərin hərbçilər arasında dialoq zamanı müzakirə olunduğunu bildirib.

Teqlər: