Qarabağda iki DOST mərkəzi tikiləcək – Sədr

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Qarabağda ən azı iki DOST mərkəzinin olacağı planlaşdırılır.

Bunu AzerTimes-a açıqlamasında DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. O qeyd edib ki, mərkəzlərdən biri Şuşa şəhərində yerləşəcək:

“Digər mərkəz isə Cəbrayıl, yaxud Füzuli şəhərində inşa ediləcək. Hələlik bunların üzərində işlər aparılır. Artıq Şuşa şəhərində olacaq DOST mərkəzinin layihələndirilməsi prosesi gedir. Yaxın zamanlarda konseptual yanaşma ictimaiyyətə təqdim olunacaq”.

Teqlər: