Qarabağ torpağında döyüş əməliyyatları başa çatdıqdan sonra bir dənə də mina qalmamalıdır – SouthFive Strategies

Xəbər - Ceyla Əliyeva – AzerTimes:

Qarabağ torpağında döyüş əməliyyatları başa çatdıqdan sonra bir dənə də mina qalmamalıdır.

Bunu AzerTimes-ə ABŞ-ın “SouthFive Strategies” yəhudi təşkilatının prezidenti Ceyson Epşteyb deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, dünya ictimaiyyəti bu təhlükənin aradan qaldlırılması üçün çox az iş görüb, nəticədə 120-yə yaxın Azərbaycan vətəndaşı həyatını itirib: “Bayden administrasiyası Ermənistanın mina xəritələrini təhvil verməsi ilə bağlı məsuliyyət daşıdığını bəyan etməlidir ki, günahsız insanların ölümünün qarşısı alınsın”.

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: