“Qarabağ” Konfrans Liqasında “AEL”lə heç-heçə oynayıb

“Qarabağ” Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

AzerTimes-ın məlumatına görə, Ağdam təmsilçisi Kiprdə “AEL” ilə görüşüb.

Matç 1:1 hesabı ilə bitib.

Qolları meydan sahibləri tərəfdən Stefan Şçepoviç penaltidən, “Qarabağ”dan isə 90+3-cü dəqiqədə Abdullah Zubir vurublar.

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Teqlər: