Qarabağ komandası tarixi qələbə qazandı

Qarabağ komandası tarixi qələbə qazandı

“Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının “pley-off” mərhələsində ilk oyununu keçirib.      

Ağdam təmsilçisi paytaxtda Danimarka çempionu “Kopenhagen”i qəbul edir.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan matç həm “Qarabağ”, həm də Azərbaycan futbolu üçün tarixi əhəmiyyət daşıyır. Qitənin ən nüfuzlu klub turnirində “pley-off”a vəsiqə qazanmaqla bir ilkə imza atan “köhlən atlar” indi də qrupa düşməyi hədəfləyiblər. Bunun üçün də Bakıda keçiriləcək ilk matçda müsbət nəticə əldə etmək vacib idi.

Görüşün 25-ci dəqiqəsində “Qarabağ” komandası hesabı açıb. Ağdam təmsilçisinin heyətində Mahir Mədətov fərqlənib – 1:0. Matçının birinci hissəsi Ağdam təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb.

İkinci hissədə də hücumlarının kəsərini artıran “ağ-qaralar” rəqibə rahatlıq vermədi. Donald Gerrye, Dino Ndlovu və Miçelin qapıya ardıcıl zərbələri “Kopenhagen” klubunun qapıçısı Robin Olseni uzun müddət həyəcanda saxlayıb.

Xatırladaq ki, oyunda iki rəsmi xəbərdarlıq olub. Hər iki sarı vərəqə rəqib komandanı oyunçuları-Benjamin Verbic və Danny Amankwaaya verilib

Çempionlar Liqası
“Pley-off” mərhələsi, ilk oyun
15 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – 1:0 – “Kopenhagen” (Danimarka)
Qol: Mahir Mədətov, 25

Baş hakim: Paolo Taqliavento
Baş hakimin köməkçiləri: Alessandro Qiallatini, Alessandro Kostanza
Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato
Dördüncü hakim: Filippo Meli (hakimlər briqadası İtaliyadandır)
Hakim-inspektor: Frits Stuçlik (Avstriya)
UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)
Xəbər - Tofiq Bəhramov adına Respublika stadionu