Qarabağ FK İsrail klubuna məğlub oldu

Qarabağ FK İsrail klubuna məğlub oldu

Qarabağ UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Qarabağ klubu İsraildə “Makkabi” komandası ilə (Təl-Əviv) qarşılaşıb.

“Blumfild” stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 10-cu dəqiqəsində “Makkabi”nin oyunçusu Yonaten Kohen Qarabağın qapısında qol keçirə bilib.