Qarabağ Çelsi ilə qarşılaşmaq üçün Londona yollandı

Qarabağ Çelsi ilə qarşılaşmaq üçün Londona yollandı

Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Çelsi” ilə qarşılaşacaq “Qarabağ” İngiltərəyə yollanıb.  

Təmsilçimiz bu gün Bakı-London reysiylə görüşün keçiriləcəyi şəhərə yola düşüb.

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-si, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

UEFA Gənclər Liqasında mübarizə aparacaq U-19 komandası da əsas komandayla birgə səfərə yollanıb. Bu yarışda gənclərin “Çelsi”ylə oyunu sentyabrın 12-si, Bakı vaxtıyla saat 16:05-də başlayacaq.