PwC Azərbaycan marşalları “2021 Formula 1 Azərbaycan Qran Prisində” iştirak edib (FOTO)

4-6 iyun 2021-ci il tarixlərində PwC Azərbaycan Formula 1 marşal komandası 2021-ci il Azərbaycan Qran Prisində iştirak edib.

Əvvəlki illərdə olduğu kimi, Bakı Şəhər Halqasının ən həyəcanlı və məsuliyyətli sektorlarından biri kimi tanınan 1-ci Sektora görə məsuliyyət daşıyırdıq. İT departamentimizin rəhbəri Namiq Hacıyev yarışdan əvvəl avtomobillərin texniki yoxlaması üzrə mütəxəssis qismində iştirak etmişdir. Trekdə 18 marşaldan ibarət PwC komandası son 4 ay ərzində hər həftəsonu məşqlərdə həqiqətən bir komanda olmaq üçün birlikdə çalışmışdır.

Bu, PwC-nin komanda ruhunun və Şirkətin məqsədində əks olunan dəyərlərin yüksək səviyyədə nümayişi idi.

Artıq beşinci ildir ki, komandaya Şirkətimizin gənc və məqsədyönlü rəhbər işçisi, kadrlar şöbəsinin başçısı İnarə Namaliyeva uğurla rəhbərlik edir. F2 yarışının bir neçə həyəcan gətirən məqamı sektorumuzda iki avtomobilin trekdən çıxması zamanı baş vermişdir. Marşallarımız qısa bir müddət ərzində vəziyyəti nəzarət altına götürmüş, treki təmizləmiş və sürücülərə köməklik göstərmişdir.


Bundan əlavə, Luis Hemiltonun həlledici son 3 dövrədə dramatik uğursuzluğundan və qırmızı bayrağın onun qalib olmasına əngəl yaratdığı zaman Sektor 1 yarışmanın ən qızğın anında iştirak etmişdir.
Yürüşün mütləq qalibi Serxio Perez Sektor 1-də dayandığı zaman və Red Bull Formula 1 komanda yoldaşı Maks Verstappenin bolidinin təkərinin sıradan çıxması nəticəsində qalibiyyəti onun əlindən aldıqdan sonra marşallarımız ona köməklik göstərmişdir. Marşallarımız çevik hərəkət edərək onun maşınını çuxura itələdi.

“Formula-1 hamımız üçün gözəl bir təcrübə idi. Bu, bir komanda kimi birləşmək, bir-birimizi dəstəkləmək və Formula – 1 yarışı kimi möhtəşəm bir tədbirin ölkəmizdə keçirilməsinə köməklik göstərmək üçün unikal imkan idi”, – deyə İnara bildirib.

Formula-1 Azərbaycan Qran-Prisi zamanı 2021-ci ildə komandanın nümayiş etdirdiyi məhsuldarlıq və enerji Formula-1-in yerli, eləcə də də beynəlxalq rəhbərliyi tərəfindən müstəsna və yüksək qiymətləndirilmişdir.

Teqlər: