Putinlə Lukaşenko Moskvada görüşəcək

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiya prezidenti Vladimir Putin Moskvada belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.

AzerTimes-ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, görüş aprelin 22-ə planlaşdırılıb.


Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafının müzakirəsi nəzərdə tutulur.