Putin Trampa zəng etdi

Putin Trampa zəng etdi

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. İstiPress-in Rusiya mətbuatına iki ölkə liderinin telefon danışığı 30 dəqiqə davam edib.

Prezidentlər Suriya böhranının həlli, terrorizmə qarşı birgə mübarizə, eləcə də iki ölkə arasında bəzi sahələrdə əlaqələr barədə danışıqlar aparıblar. Putin və Tramp G20-nin iyulda Hamburqda keçiriləcək sammiti çərçivəsində şəxsən görüşmək perspektivini də müzakirə edilib.

Kreml prezidentlərin görüşü barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, danışıq işgüzar xarakter daşıyıb və konstruktiv keçib.

Ağ ev isə iki liderin görüş barədə danışdığını, lakin konkret razılıq olmadığını qeyd edib.

Qeyd edək ki, Putinə Trampın zəng vuracağı gözlənilirdi, lakin əksinə oldu. Trampın prezident kimi andiçməsindən sonra Rusiya lideri ilə olan üçüncü telefon danışığıdır.