Putin Baydenlə görüş üçün Cenevrəyə gedib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşəcəyi İsveçrənin Cenevrə şəhərinə gəlib.

AzerTimes-ın məlumatına görə, görüşün 5 saata yaxın davam edəcəyi planlaşdırılır.

Bu, 2018-ci ildə V.Putinlə sabiq prezident Donald Trampın görüşündən sonra iki ölkə rəhbərinin ilk görüşü olacaq.

Görüş Cenevrədə tarixi La Qranj villasında baş tutacaq.

Qeyd edək ki, görüş fasilələrlə təkbətək və geniş formatda keçiriləcək.