Prezidentin uzaqgörənliyi, qətiyyəti nəticəsində bu qələbəni əldə etdik – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin bu il Novruz bayramı münasibətilə Şuşada, Cıdır düzündə tonqal yandıraraq Azərbaycan xalqını təbrik etməsi tarixi bir hadisədir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Cavid Osmanov deyb.

Deputat bildirib ki, Şuşanın Azərbaycan üçün çox böyük strateji və mənəvi əhəmiyyəti var: “Şuşa Azərbaycanın mədəniyyət beşiyidir. O cümlədən Şuşa strateji bir ərazidir və cənab Prezidentin də Şuşanın azad edilməsi günü Şuşasız işimiz yarımçıq qalardı deməsi bunun bariz nümunəsidir.

Bu il Novruz bayramının Şuşada qeyd edilməsi Azərbaycan xalqı üçün tarixi bir naliyyətdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ölkə Prezidentinin düzgün qurduğu strategiya nəticəsində, ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində mümkün oldu. Eyni zamanda cənab Prezidentin həm diplomatik müstəvidə, informasiya müharibəsində düzgün fəaliyyəti sayəsində Azərbaycan qalib gəlməyi bacardı. Azərbaycan XXI əsrin müharibəsini apardı və burada əsgər, gizir və zabitlərimiz böyük qəhrəmanlıq göstərdi.

Cənab Prezidentimiz 17 il ərzində Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması, iqtisadiyyatmızın gücləndirilməsi, Azərbaycanın böyük enerji layihələrin təşəbbüskarı kimi çıxış etməsi və bu layihələrin reallaşdırılması, Azərbaycanın nəqliyyat və logistika dəhlizinə çevrilməsi istiqamətində böyük işlər gördü. O cümlədən ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə vətənpərvər gənclərin yetişdirilməsi və ümumilikdə cənab Prezidentin bütün platformalarda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində apardığı məqsədyönlü siyasət, bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzü tanıyan sənədlərin qəbul edilməsi, ordu quruculuğu, xalq-iqtidar birliyi, bütövlükdə cənab Prezidentin fəaliyyəti torpaqlarımızın işğaldan azad edilməsini təmin etdi
Novruz bayramında ölkə Prezidentinin məhz Şuşada, Cıdır düzündə tonqal qalaması qürruvericidir və bütün dünya azərbaycanlıları, dost ölkələr xalqlar bundan qürur hissi keçirdirlər. Artıq Azərbaycan xalqı qalib xalqdır. Cənab Prezidentin uzaqgörənliyi, prinsipallığı və qətiyyəti nəticəsində bu qələbəni əldə etdik”.

Teqlər: