Lənkərana 7,5 milyon vəsait

Lənkərana 7,5 milyon vəsait

Prezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə 7,5 milyon manat ayrılıb.