Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri – “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

Dövlətimizin başçısı Cəbrayıl rayonunda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Mərkəzi Xəstəxananın, məktəb binasının, ilk çoxmənzilli yaşayış məhəlləsinin, Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.

Eyni zamanda, dövlətimizin başçısı 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib.

Sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

AzerTimes-ın məlumatına görə, Tofiq Abbasovun təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – siyasi ekspert Murad Sadəddinov, Milli Məclisin deputatı Nəsib Məhəməliyev və AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: