Prezident İlham Əliyev söz verdi: Zəngilana növbəti səfərində bu ailənin evində çay içəcək (VİDEO)

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

AzerTimes-ın məlumatına görə, Dövlət başçısı səfər zaman Zəngilan rayonunun sakinləri ilə görüşüb.

Qadın sakin: Xeyr, öz evimizdə yaşayırıq. Öz torpağımıza gəlməyə hazırıq. Bir arzum var, o gün olsun, bu layihə başa çatdırılsın, Ağalı camaatımız gəlsin kəndə yığışsın. Çünki camaatımız zəhmətkeş adamlardır, bərpa edəcəyik. Sizdən xahiş edirəm ki, ikinci dəfə bu kəndə gələndə mənim evimə gəlib bir stəkan çayımı içəsiniz.

Prezident İlham Əliyev: Yaxşı. Söz verirəm sizə. Mütləq gələcəyəm, açılışa da gələcəyəm və İnşallah, yaxın zamanlarda kənd yenidən qurulacaq. Bilirsiniz ki, birinci bərpa olunacaq kənd Ağalı kəndidir.

Teqlər: