Prezident İlham Əliyev Putinlə telefon danışığı olub

Prezident İlham Əliyev Putinlə telefon danışığı olub

Dünən, noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Prezidentin Mətbuat Xidməti bununla bağlı məlumat yayıb.

Qeyd edilib ki, söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.