Prezident İlham Əliyev Fərəh Əliyevanı “Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev F.Ş.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzerTimes-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fərəh Şirməmməd qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.

Teqlər: