İlham Əliyev sammitə qatılmaq üçün Qazaxıstandadır

İlham Əliyev sammitə qatılmaq üçün Qazaxıstandadır

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə sammitində iştirak etmək üçün Qazaxıstana səfərdədir.    

Dünən Astana beynəlxaq hava limanında Azərbaycanın dövlət başçısını Qazaxıstanın dövlət rəsmiləri qarşılayıblar.

Bu gün və sabah (sentyabrın 10-11-də) Astanda Müstəqillik Sarayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə ilk dəfə İƏT-in elm və texnologiyalar üzrə sammiti keçiriləcək. Sammitdə 80 ölkədən olan nümayəndələrin iştirakı gözlənilir.

Artıq Pakistan prezidenti və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da sammitdə iştirak etmək üçün Astanadadır. Dünən günorta saatlarında onun rəsmi qarşılanma mərasimi olub.