Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik etdi

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik etdi

Bu gün (1 noyabr) Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Qiorqi Qaxariyaya telefonla zəng edib.

Ölkə başçısı Giorgi Qaxariyanı hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Gürcüstanın Baş Naziri təbrikə görə dövlət başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.