Prezident hələ bir il əvvəl Münhendə Paşinyan diplomatik dildə xəbərdarlıq etmişdi – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

İlk öncə xüsusi bir məqamı vurğulamaq yerinə düşər ki, Azərbaycanın əldə etdiyi uğurlar bütün sahələrdə yürüdülən düzgün, məqsədyönlü və planlı siyasətlə bağlıdır. Yəni, strategiya əvvəldən müəyyən olunur, ardınca isə onun reallaşması üçün öncədən ölçülüb-biçilmiş istiqamət götürülür. Daha dəqiqi: həm iqtisadi, həm siyasi, həm dolpmatik, həm də hərb sahəsində meyar məhz budur.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, qeyd olunan səbəbdən də, Azərbaycan yalnız və yalnız inkişafa doğru gedir, irəliləyir, yeni uğurlara imza atır:

“Mən sizə, elə ancaq son dövrlərin xronologiyasını xatırlatmaq istəyirəm: Düz bir il bundan əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilmiş panel müzakirələri keçirilmişdi. Yadınızdadırmı, həmin müzakirələrdə Paşinyan necə fiasko yaşadı? Debatın sonuna yaxın Paşinyan artıq yox idi, məhv olmuşdu, darmadağın olmuşdu. Cənab Prezident İlham Əliyev ona necə dərs verdisə bütün zal, tamaşaçı kütləsi Azərbaycan Prezidentini ayaq üstdə alqışladı. Valdayda da, Bişkekdə MDB dövlət başçılarının sammitində də təxminən bənzər, eyni hadisələr baş verdi.

Cənab İlham Əliyev yenə də öz mükəmməl və hərtərəfli çıxışı, məntiqi ilə həm dünyaya mesajlarını verdi, həm də Paşinyanı növbəti dəfə ifşa etdi. Bu proseslər isə gələcəkdə Azərbaycanın növbəti uğurları üçün zəmin yaradırdı.
Cənab Prezident İlham Əliyev bütün diplomatik çıxışlarında deyirdi ki, Azərbaycan Qarabağın işğal altında qalma faktı ilə barışmayacaq. Barışmadı da. Ermənilərin növbəti təxribatından və xain həmləsindən sonra Azərbaycanın müzəffər ordusu əks hücuma keçdi və Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımız işğaldan azad edildi. Yəni, cənab İlham Əliyev hər zaman olduğu kimi yenə də sözünü tutdu, diplomatik uğurlar hərbi uğurla davam etdirildi”.
Deputat qeyd edib ki, hər bir addımın öz məqamı var: “Azərbaycan bax həmin məqamı gözləyirdi. Bu illər ərzində biz günü-gündən gücləndik, diplomatiyada mümkün olan bütün vasitələr, üsullar sınandı, cənab Prezident İlham Əliyev Paşinyana dəfələrlə dərs verdi, onu diplomatik dildə başa salmağa çalışdı ki, işğal altındakı torpaqları geri qaytarmaq lazımdır. Amma təəssüf ki, Paşinyan vəziyyətin ciddiliyini anlaya, özü üçün nəticələr çıxara bilmədi.

Hətta bu da azmış kimi, növbəti təxribatlara əl atdı. Ona görə də uduzdu. Möhtərəm Prezident İlham Əliyev Ermənistanı, Paşinyanı həm diplomatik həm də hərb sahəsində çökdürdü. Təbii, Azərbaycan xalqının dəstəyi və müzəffər ordumuzun qüdrəti ilə.

Bundan sonra Ermənistan ancaq məğlubiyyətin və yas mərasimlərinin ildönümünü keçirməyə məhkumdur. Hətta həmin mərasimləri keçirməyə elə bu gündən başlasınlar. Əvvəldə də qeyd eləmişdim: Münhen Təhlükəsizlik Konfransında Paşinyanın rüsvay olmasından düz bir il ötür. Məsələn, ilk matəm tədbirini məlum ildönümü münasibətilə düzənləyə bilərlər”.

Teqlər: