Prezident əfv sərəncamını imzalamaqla bizə iki qat bayram yaşatdı – Əfv olunan Elnur Quliyevin qohumu

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Çox sevincliyik, ona görə ki, bu günü çoxdandır gözləyirdik.

Bunu AzerTimes-a açıqlamasında əfv olunan Elnur Quliyevin qohumu Orxan Cəfərli deyib.

Onun sözlərinə görə, bu gün onlar üçün iki qat bayramdır:


“Çoxdandır bu günü gözləyirdik və nəhayət gəlib çatdı. Xalam oğlu Orxan Quliyev də əfv olunanlar arasındadır. Buna görə cənab Prezident İlham Əliyevə öz adımdan və ailəmizin adından təşəkkürümü bildirirəm. O bu sərəncamı imzalamaqla bizim kimi ailələrə iki qat bayram yaşatdı”.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanıb. Müəssisədən sərəncam şamil edilən 14 nəfərdən 12-si azadlığa buraxılıb, 2 nəfərin isə cəzası azaldılıb.

Teqlər: