Portuqaliya, Sloveniya və daha bir neçə ölkə “AstraZeneca” peyvəndinin istifadəsini dayandırıb

Portuqaliya və Sloveniya ingilis-isveç şirkəti “AstraZeneca”dan alınan koronavirusa qarşı peyvəndin istifadəsini dayandırmaq qərarına gəliblər.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, daha əvvəl bir sıra ölkələr peyvənd edilənlərdə təhlükəli dərəcədə qan laxtalanmasına səbəb olması şübhəsi ilə “AstraZeneca” istehsalı peyvəndin istifadəsinə müvəqqəti qadağa qoyublar.


Bildirilir ki, bu ölkələr sırasında artıq Bolqarıstan, Almaniya, Danimarka, İndoneziya, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Konqo Demokratik Respublikası, Hollandiya, Norveç, Rumıniya, ayrıca Tayland və Fransa əlavə olunublar.

Teqlər: