Polşanın baş naziri Tixanovskaya ilə görüşəcək

Polşanın baş naziri Tixanovskaya ilə görüşəcək

Polşanın Baş Naziri Mateuş Moravetski Belarus prezident seçkilərinin eks-namizədi Svetlana Tixanovskaya ilə görüşəcək.

Bunu şənbə günü Baş Nazirin dəftərxanasının rəhbəri Mixail Dvorçik mətbuat konfransında deyib.

“Üzümüzə gələn çərşənbə günü Baş Nazir Svetlana Tixanovskaya ilə görüşəcək”, – deyə Dvorçik bildirib.

O, görüşün əsas mövzularından birinin Belarusdakı aksiyalarda saxlanılan şəxslərin azad edilməsi ilə bağlı olacağını bildirib.