Polşada tramvaylar toqquşub – 30-dan çox yaralı var

Xəbər - Orxan Nəbiyev – Trend:

Polşanın Poznan şəhərində iki tramvayın toqquşması nəticəsində 30-dan çox şəxs xəsarət alıb.

AzerTimes-ın məlumatına görə, xəsarət alanlardan 29 nəfəri xəstəxanalara yerləşdirilib. İki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Qəza baş verən sahədə tramvayların hərkəti dayandırılıb.