Polşada koronavirusa yoluxma göstəriciləri iki gün ard-arda rekord vurub

Xəbər - Orxan Nəbiyev – Trend:

Polşada koronavirusa yoluxma göstəriciləri iki gün ard-arda rekord vurub.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, ötən gün Polşada yoluxma sayı pandemiya dövründə ilk dəfə 35 min nəfəri keçib. Bundan əvvəlki gün isə 34 mindən çox yoluxma qeydə alınmışdı.


Son bir həftə ərzində gündəlik yoluxma sayı 9 min nəfə artıb. Bu günədək Polşada 2,2 milyona yaxın şəxs koronavirusa yoluxub 51 305 nəfər ölüb.

Teqlər: