Polşada hərbi təlimlərdə qırıcı digər qırıcını vurub

Xəbər - Orxan Nəbiyev – AzerTimes:

Polşada Hərbi Hava Qüvvələrinin təlimi zamanı MiQ-29 qırıcısı səhvən digər qırıcını vurub.

AzerTimes-in məlumatına görə, insident nəticəsində ikinci MiQ-29-a ciddi ziyan dəyib.

Pilot təyyarəni yerə endirə bilsə də, qırıcının tamamilə sıradan çıxdığı deyilir. Qeyd olunur ki, atəş 30 millimetrlik aviasiya topu ilə açılıb.


Hadisə nəticəsində xəsarət alan olmayıb. İnsidentlə bağlı araşdırma aparılır.