Polis reyd keçirdi, 19 sürücü cərimələndi

Xəbər - Samir Əli – Trend:

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin və atmosferin nəqliyyat vasitələrindən atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədi ilə rayon ərazisində reyd keçirilib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yoxlamalar zamanı atmosferə normadan artıq zəhərli qaz ixrac edən 19 avtomobilin sürücüsü barəsində inzibati qaydada protokollar tərtib edilib. Davam etdirilən tədbirlər zamanı digər qayda pozuntularına yol verən sürücülər də aşkar olunub. Polis əməkdaşları həmin şəxslərlə profilaktiki səpkidə söhbətlər aparıb, yol-hərəkət qaydaları bir daha onların diqqətinə çatdırlıb. Kobud qayda pozuntusuna yol vermiş 25 sürücü isə inzibati qaydada məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, Saatlı rayonu ərazisində tərtib edilmiş tədbirlər planına uyğun olaraq hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Twitter : GuleliyevSamir

Teqlər: