Pişik məhkəmədə ifadə verməyə çağırılıb

Pişik məhkəmədə ifadə verməyə çağırılıb

Almaniyada qeyri-adi məhkəmə iclası keçirilib.

İstintaqa ifadə vermək üçün zala pişik gətirilib. Pişik sahibəsi ilə axşam gəzintisi zamanı yoldan keçən qadının ayağını dişləyib.

Həmin qadın yaranın dərinləşməsi, müalicənin uzanmasına görə məhkəməyə müraciət edib.

Zərərçəkmiş indi pişikdən (onun sahibəsindən) 2.7 min avro tələb edir.

İddia qaldıranın şikayətini təmin etmək üçün hakim pişiyi məhkəmə salonuna dəvət edib.