Pirallahıda ev yandı, ölən var

Pirallahıda ev yandı, ölən var

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, Bakının Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m² olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın kəşfiyyatı zamanı ev sahibi, 1941-ci il təvəllüdlü Aginin Oleq Dmitriyeviçin yanmış meyiti aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.