“Pfizer” şirkəti Braziliyada koronavirusa qarşı peyvəndinin qeydiyyatı üçün sənədlər göndərib

“Pfizer” əczaçılıq şirkəti Braziliya Milli Sanitar Təftiş Agentliyinə (Anvisa) koronavirus peyvəndinin qeydiyyata alınması üçün sənədlər göndərib.

AzerTimes-ın məlumatına görə, bu barədə agentliyin saytında bildirilib.

Qeyd olunub ki, dərmanın adı Comirnaty olacaq.

Bildirilib ki, bu, koronavirusa qarşı peyvəndin daimi qeydiyyatı üçün ikinci müraciətdir. Yanvar ayının sonunda eyni müraciət Böyük Britaniya-İsveç şirkəti “AstraZeneca” tərəfindən göndərilib.