“Pfizer” peyvəndinin birinci partiyası Gürcüstana fevralın 1-də gətiriləcək

Fevralın 1-də Gürcüstana “Pfizer” şirkəti tərəfindən istehsal olunmuş koronavirus peyvəndinin birinci partiyası gətiriləcək.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamara Qabunia məlumat verib.

Onun sözlərinə görə, fevralın ortalarında ölkəyə daha 29 250 doza “Pfizer” vaksini gətiriləcək. Nazir müavininin sözlərinə görə, vaksinin ilk partiyası səhiyyə işçiləri üçün nəzərdə tutulub.

Bundan əlavə, “AstraZeneca” şirkəti tərəfindən istehsal olunmuş 180-300 min doza koronavirus peyvəndi isə mart ayının ilk yarısında gətiriləcək.