Peyvəndə qarşı allergik reaksiyası olan şəxslərə vaksin vurmaq olmaz – Nazirlik

Xəbər - Samir Əli – Trend:

Birinci doza vaksin vurulduqdan sonra peyvəndə qarşı allergik reaksiyası olan şəxslərə vaksin vurmaq olmaz.

AzerTimes-ın məlumatına görə, bunu “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.


O bildirib ki, bundan başqa, xroniki xəstəliyi kəskinləşən vaxt həmin şəxs peyvənd vurdurmamalıdır: “Koronavirusa qarşı peyvəndlərin hər birinin təsirləri müxtəlif ola bilər. Xəstəlik normalaşandan sonra vaksin vurdurmaq olar. Onkoloji xəstələr də aktiv müalicə zamanı vaksin vurdura bilməz. 500 minə yaxın insan vaksinasiyadan keçib, amma elə bir ağırlaşma halları olmayıb. Bununla bağlı Səhiyyə Nazirliyinə müraciətlər edilməyib”.

Teqlər: