“Petkim” məhsul çeşidinin genişləndirilməsi və bazar payının artırılması planları üzərində işləyir

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki “Petkim” neft-kimya kompleksi uzunmüddətli investisiya planları üzərində işini davam etdirir. Bu planlar müəssisənin istehsal etdiyi məhsulların çeşidini genişləndirməyə imkan verəcək və bazar payının artırılmasını təmin edəcək.

Trend-in məlumatına görə, bunu “SOCAR Türkiyə”nin neft emalı və neft-kimya üzrə biznes bölməsinin rəhbəri, “Petkim”in baş direktoru Anar Məmmədov deyib.

Onun sözlərinə görə, bu il şirkətin gündəliyində əsas məsələlərdən biri dayanıqlılıq olacaq:

“Biz dayanıqlı inkişaf sahəsində prioritetlərimizi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun təyin etmişik. Biz dəniz flora və faunasının monitorinqio proqramı və təsir analizi kimi vacib layihələri işə salmışıq. İşlədimiyiz sahələr regionumuzda yaşayanlar üçün imkanlar təqdim edir və ölkənin ümumi daxili məhsuluna öz töhfəsini verir”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: