Pensiyalar tez veriləcək

Pensiyalar tez veriləcək

Pensiyalar Ramazan bayramına kimi veriləcək.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazir bildirib ki, iyun ayı üzrə pensiya ödənişləri vaxtından əvvəl başa çatdırılacaq.

“Pensiya ödənişlərinin Ramazan bayramına qədər tam başa çatdırılmasına çalışacağıq”. S.Müslümov bunun üçün kifayət qədər valyuta ehtiyatı olduğunu bildirib.

Xatırladaq ki, Ramazan bayramı bu il 26-27 iyun tarixlərinə təsadüf edir. 26 iyunda iki bayram (Silahlı Qüvvələr günü və Ramazan bayramı) üst-üstə düşdüyü üçün qeyri-işgünlərinin sayı artırılıb. Belə ki, şənbə bazar günü (24-25 iyun) daxil olmaqla ölkədə 5 gün – 26, 27,28 iyun istirahət günü olacaq.