Pensiya yaşına çatanlarla bağlı TƏKLİF

Xəbər - İlhamə İsabalayeva – Trend:

İşçilərin ixtisarı zamanı pensiya yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması təklif edilir.

AzerTimes-ın məlumatına görə, bu, Azərbaycanda insan hüquqlarının qorunması haqqında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində qeyd edilib.

Hesabatda qeyd edilir ki, işçilərin ixtisarı zamanı pensiya yaşının çatmasına azı 5-7 il qalmış işçilərin əmək və sosial təminat hüquqlarının müdafiəsi məqsədi ilə yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunsun və bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə müvafiq əlavələr edilsin.

Digər tövsiyə bundan ibarətdir ki, işləyən pensiyaçıların sosial təminat hüququnun səmərəli təmin edilməsi və onların məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilməsi məqsədilə “Sosial sığorta haqqında” qanuna müvafiq dəyişikliklər edilsin.

Ödəmə qabiliyyətini itirmiş qeyri-dövlət müəssisələri tərəfindən işçilərə əmək haqları üzrə və istehsalatda alınmış xəsarətlərə görə borcların ödənilməsi məqsədi ilə dövlət təminat sisteminin yaradılsın və bununla bağlı zəruri mexanizmlər hazırlansın.

Teqlər: