Pəncşir vilayəti uğrunda gedən döyüşlərdə “Taliban”ın xeyli sayda üzvü öldürülüb

Əfqanıstanın Pəncşir vilayətindəki Milli Müqavimət Qüvvələri “Taliban” hərəkatının bölgədəki altı forpostun ələ keçirilməsi iddialarını təkzib edib.

AzerTimes-ın məlumatına görə, bu barədə bölgədəki mənbələrdən xəbər verilib.

Məlumatda qeyd olunub ki, “Taliban” həqiqətən dünən axşamdan bəri Pəncşirə daxil olmağa çalışır, amma cəhdləri uğursuz olur:

“Heç bir forpost onlar tərəfindən ələ keçirilməyib. Onlar böyük itkilər verir və geri çəkilməyə məcbur olurlar”.

Onun sözlərinə görə, 300-dən çox “Taliban” döyüşçüsü öldürülüb, onlarla insan yaralanıb və əsir götürülüb.