Paytaxtın bu yolunda hərəkətin təşkilində dəyişiklik edilib (FOTO)

Xəbər - Samir Əli – Trend:

Bakının Nəsimi rayonunda, Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər edilib.

Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, kəsişmədə Ü.Hacıbəyli küçəsi üzərində sağ zolaqda məcburi sağa əmr edən nişanlanma xətti düzünə və sağa nişanlanma xətti ilə əvəzlənib, Ü.Hacıbəyli küçəsində zolaqlar üzrə hərəkət trayektoriyası (1,7 nişanlanma xətti) təşkil edilib, və işıqfor obyektində daimi sağa bölməsi ləğv edilib.

“Bu dəyişikliklər kəsişmədə hərəkəti buraxma qabiliyyətini 25 % artıracaq. Sürücülərdən dəyişiklikləri nəzərə almalarını və qaydalara riayət etmələrini xahiş edirik” – deyə, BNA-dan bildirilib.

Teqlər: