Paytaxtda sənaye istehsalının həcmi 18 milyard manatı keçib

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-iyun aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artaraq 18,7 milyard manat təşkil edib.

AzerTimes-ın məlumatına görə, sənaye məhsulunun 75,7 faizi mədənçıxarma, 21,0 faizi emal, 2,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,1 faiz təşkil edib.


İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2021-ci il vəziyyətinə 354,8 milyon manatlıq hazır məhsul ehtiyatı olu. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 57,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Twitter: @ElchinMehdiyev

Teqlər: