Paytaxt məktəblərində 196 “Sağlam təhsil” sinfi təşkil edilib

Xəbər - İlhamə İsabalayeva – Trend:

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzerTimes-a verilən məlumata görə, paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə “Sağlam təhsil–sağlam millət” layihəsinin tətbiqinə başlanılıb.

Layihənin tətbiq olunduğu məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərir ki, sağlam təhsil texnologiyaları təhsilalanların fiziki-psixoloji inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.

Teqlər: