Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ

Xəbər - İlhamə İsabalayeva – Trend:

Son vaxtlar pay torpaqlarında yaşayış evlərinin, ictimai iaşə müəssisələrinin tikintisi aparılır, amma belə torpaqlarda bu halın baş verməsi yolverilməzdir.

AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev “Ekspert saatı” proqramında deyib.

Onun sözlərinə görə, vaxtilə insanlara verilən pay torpaqlarında yalnız əkinçiliklə məşğul olmaq olar:


“Kənd təsərrüfatı təyinatı olan torpaqların sahəsinin azaldılmaması məqsəd qoyulub. Hər bir torpaq kateqoriyası dəyişdirilirsə, onun əsaslandırıması aparılmalıdır. Torpağln kateqoriyasının dəyişdirilməsi təşəbbüsünü irəli sürən torpaq mülkiyyətçiləri müvafiq qurumlardan bunun üçün rəy və icazə almalıdırlar. Bu prosedur aparılmadan bu katoqriyalı torpaqlarda tikinti işlərinin aparılması yolverilməzdir”.

Teqlər: