Parlamentdə onkoloji xəstələrə tibbi yardımın vəziyyəti müzakirə ediləcək

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Milli Məclisin Səhiyyə komitəsi onkoloji xəstələrlə bağlı dinləmələr keçirəcək.

AzerTimes-in məlumatına görə, dinləmələrdə onkoloji xəstələrə göstərilən tibbi yardımın vəziyyəti, bu işin daha da yaxşılaşdırılması perspektivləri və ürək-qan dövranı çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə tibbi yardımın göstərilməsinə dair müzakirələr aparılacaq.

Qeyd edək ki, 2021-ci il sentyabr 13-də səhiyyə komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçiriləcək.

Onlayn qaydada keçiriləcək iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1.Milli Məclisin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat

2.Milli Məclisin Səhiyyə komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının layihəsi

3.“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş)

4.Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Twitter: @ElchinMehdiyev

Teqlər: