Parisdə silahlı insident oldu

Parisdə silahlı insident oldu

Fransa paytaxtı Parisdə dünən aprelin 20-si axşam saatlarında silahlı insident olub.

2 silahlı şəxs polisləri atəşə tutub. Atışma zamanı 1 polis ölüb, daha 2 polis və vətəndaş (qadın) isə yaralanıb. Cavab atəşi ilə silahlı zərərsizləşdirilib.

Hadisə Parisin mərkəzində, “Yelisey çölləri” adlanan küçədə qeydə alınıb.

İŞİD terror qruplaşması cümə axşamı Parisin mərkəzində yerləşən Yelisey çölləri ərazisindəki atışmaya görə məsuliyyəti üzərinə götürüb.

Hazırda ərazidə araşdırmalar davam etdirilir. Sakinlərə həmin ərazilərə çıxmamaq məsləhət görülüb. Hadisə yerinə yaxın üç metro stansiyası bağlanıb.

Fransa prezidenti bu gün aprelin 21-də Təhlükəsizlik Şurasının iclas keçirəcəyini bildirib. Olland bu barədə baş nazir və DİN rəhbərinin iştirakı ilə keçirdiyi təcili müşavirədən sonra bildirib.