Panatinaikos’la qarşılaşan Qəbələ məğlub qayıtdı

Panatinaikos’la qarşılaşan Qəbələ məğlub qayıtdı

Bu gün (28 iyul) Avropa Liqasında III təsnifat mərhələsinə start veririlib.  

Turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” növbəti sınağına səfərdə çıxıb.

Premyer Liqanın vitse-çempionu Yunanıstan “Panatinaikos”u ilə qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. 37-ci dəqiqədə penaılti qazanan Yunanıstan təmsilçisindən Gilyerme Molinsin zərbəsi dəqiq olub və “Panatinaikos” qələbə qazanıb.

Qeyd edək ki, iki il əvvəl də bu arenada uğur qazanan “Qəbələ” çılğınlığı ilə ad çıxaran “Panatinaikos” fanatları önündə səfər qolları ilə mərhələ keçmişdi. Bakıda qolsuz sülhlə kifayətlənən təmsilçimiz Ellada təmsilçisinin meydanında Dodonun qolları ilə uğur qazanmışdı – 2:2.